ƏLİNCƏÇAY – Azәrb. Resp. Culfa vә Babәk r-nları (Nax. MR) әrazisindә çay. Arazın sol qolu. Uz. 62 km, hövzәsinin sah. 599 km2-dir. Zәngәzur silsilәsindәki Dәmirlidağın yamacından (2800 m hünd.-dәn) başlanır. Xәznәdәrә vә Lәkәtağsu çaylarının birlәşmәsindәn әmәlә gәlir. Gülüstan k. yaxınlığında, 695 m hünd.-dә Araza tökülür. Əsasәn, yeraltı sular vә qar suları ilә qidalanır. Yağış suları illik axımın 15%-ni tәşkil edir. Suvarmada geniş istifadә edildiyindәn yayda suyu mәnsәbinә çatmır.
Ə. vadisindә Naxçıvan mәdәniyyәti üçün sәciyyәvi olan maddi mәdәniyyәt nümunәlәri aşkar edilmişdir (Ağsal, Zoğala, Qazançı, Saltax, Xanәgah, Yeycә vә s.). Əzәmәtli İlandağ da (Haçada ğ) Ə. vadisindә yerlәşir. Tapıntılar Naxçıvan әrazisinin iqtisadi, ictimai tarixini, mәdәniyyәt vә sәnәtkarlığını öyrәnmәk üçün maddi qaynaqlardır.