Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİNCƏÇAY XANƏGAHI

    ƏLİNCƏÇAY  XANƏGAHI  –  Azәrb. Resp. Culfa r-nunun (Nax. MR) Xanәgah k.-ndә orta әsrlәrә aid memarlıq kompleksi. Kompleksdәn dövrümüzәdәk türbә, mәscid, namәlum abidәnin sütunları vә başqa bir tikilinin xarabalığı qalmışdır. Ə.x. kompleksinin әsasını Lalabәy adlı şәxsin tikdirdiyi kvadratşәkilli türbә tәşkil edir. Türbәnin kitabәsindә memarın adı (Cәmalәddin) qalmış, lakin inşa tarixini göstәrәn hissә dağıldığından, nә vaxt tikildiyi müәyyәn deyil. Üslub xüsusiyyәtinә görә onun 12 әsrin sonu – 13 әsrin әvvәllәrindә tikildiyi ehtimal olunur. Türbәnin yuxarı künclәrindәki böyükhәcmli tromp qurşağı daxili quruluşa arxaik görkәm verir. Tromplar sәkkizbucaqlıya, stalaktit qurğusu isә onaltıbucaqlıya keçid tәşkil edir ki, bu da çadırvarı günbәzin oturacağını әmәlә gәtirir. Türbәnin günbәzi dağılmışdır. Xanәgahın giriş qapısının hәr iki tәrәfindә şәrti olaraq “mehrab” adlandırılan düzbucaqlı pannolar gәcdәn oyulmuş qabarıq naxışlar vә dini mәzmunlu kitabәlәrlә işlәnilmişdir. Bunlar gәc üzәrindә plastik oymanın әn yaxşı nümunәlәrindәndir. Türbәnin giriş baştağının memarlıq elementlәri Mömünә xatın türbәsinin ayrıntılarına oxşayır; inşasında kәrpiclә yanaşı firuzәyi kaşıdan da istifadә olunmuşdur. Türbәnin baştağına bitişik tikilmiş mәscid 2 dayaqla 6 hissәyә bölünmüş vә hәr hissә günbәzlә örtülmüşdür. Mәscidin kitabәsindә onun hicri 901 ildә (1496) namәlum qadının sifarişi ilә tikildiyi göstәrilir.

    Əd.: Ваидов С.М. и др. Ханега на реке Алинджа-чай, в кн.: Архитектура Азербайджана. Эпоха Низами. М.– Б., 1947; Salamzadә Ə.V. Əcәmi Əbubәkr oğlu vә Naxçıvan memarlıq abidәlәri. B., 1976.

    Ялинъячай хaняэaщы.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç