ƏLİRZALI – Azәrb. Resp. Goranboy r-nunda kәnd. Əlirzalı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 16 km c.-ş.-dә, İncәçayın sahilindә, düzәnlikdәdir. Əh. 1098 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi var.