ƏLİŞAH MƏSCİDİ – 14 әsrә aid Azәrb. memarlıq abidәsi. Tәbrizdәdir. 1310 –20 illәrdә Elxani hökmdarı Ölcaytu Mәhәmmәd Xudabәndәnin vәziri Tacәddin Əlişah Tәbrizi tikdirmişdir (bәzi mәnbәlәrә görә Əlişah hәm dә mәscidin memarıdır). Mәscid dövrümüzәdәk qismәn qalmışdır. Abidәnin mühafizә olunmuş c. hissәsi (mehrab tәrәfi) binanın ümumi quruluşu haqqında tәsәvvür yaradır. Ə.m.-nin dörd tәrәfdәn baştağ-eyvanla әhatәlәnәn düzbucaqlı, geniş daxili hәyәti olmuşdur. Mәscidin şm. tәrәfdәki giriş yolunda qoşaminarәli (hünd. 35 m-dәn çox) әzәmәtli baştağ ucalırdı. Mәnbәlәrә görә, Ə.m.-nin hәyәtindә böyük hovuz olmuşdur. Binanın inşasında bişmiş kәrpiclә yanaşı, qiymәtli tikinti materiallarından, döşәmә vә divarlarında mәrmәr vә kaşıdan, bәzәklәrindә isә hәtta qızıl vә gümüşdәn istifadә edilmişdir. Ə.m. vaxtilә Azәrb.-ın, elәcә dә Yaxın Şәrqin әzәmәtli memarlıq abidәlәrindәn sayılmışdır. 1399–1404 illәrdә Sәmәrqәnddә tikilmiş Bibixanım mәscidinin quruluşunda Ə.m.-nin tәsiri duyulur. Ə.m. Ərk qalası adı ilә dә tanınır. Bu da mәscidin qalanı xatırladan quruluşu vә şәhәr içqalasına bitişik tikilmәsi ilә әlaqәdardır.
Яд.: Тизенгаузен В. Мечеть Али-шаха в Тебризе. СПБ, 1887; Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры Азербайджана. М., 1963.
Ялишащ мясъиди. Tәbriz.