ƏLİVERDİZADƏ Kәrim Sәlim oğlu (1.4.1911, Ağdam r-nunun Qaradağlı k. – 1996, Bakı) – neft maşınqayırması sahәsindә Azәrb. alimi. Texnika e.d. (1963), prof. (1964), SSRİ Dövlәt mükafatı laureatı (1950), Azәrb. SSR әmәkdar mühәndisi (1960), Azәrb. SSR әmәkdar elm vә texnika xadimi (1981). 1938 ildә Azәrb. Sәnaye İn-tunu bitirmişdir. 1940 –52 illәrdә Azәrb. Elmi Tәdqiqat Neft Maşınqayırma İn-tunun (AzETNMİ) elmi işlәr üzrә direktor müavini, 1952–54 illәrdә “Dәnizneftlayihә” in-tunun direktoru, 1954 –72 illәrdә yenidәn AzETNMİ-nin elmi işlәr üzrә direktor müavini, 1972–90 illәrdә Azәrb. Neft vә Kimya İn-tunda kafedra müdiri olmuşdur. Neftin ştanqlı dәrinlik nasosu ilә çıxarılması, normal sıralı mancanaq dәzgahlarının işlәnilmәsi vә istehsalata tәtbiqi, hәmçinin neftin uzungedişli nasos rejimi ilә vurulmasının nәzәri әsasları vә texnikasının işlәnilmәsi sahәsindә tәdqiqat işlәri aparmışdır. 300-ә yaxın elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. 100-ә yaxın ixtirası varş. 2 dәfә “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.
Əsәrlәri: Балансирные и индивидуальные приводы глубиннонасосной установки. Б., 1951; Расчёт и конструирование оборудования для эксплуатации нефтяных скважин. М., 1959; Приводы штангового глубинного насоса. М., 1973.