ƏLİYAQUBLU (keçmiş adı Üçüncü Beynәlmilәl) – Azәrb. Resp. Şәmkir r-nunda kәnd. Əliyaqublu ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 6 km ş.-dә, Bakı – Qazax avtomobil yolu kәnarında, Dәllәr d.y. st.-ndan 4 km aralı, Gәncә -Qazax düzündәdir. Əh. 2513 (2015); heyvandarlıq, taxılçılıq vә bostançılıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi, poçt, ATS, mәscid var.