ƏLİYANLI – Azәrb. Resp. Bәrdә r-nunun Kәlәntәrli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 3 km c.-da, Yevlax–Bәrdә –Ağdam avtomobil yolu kәnarında, düzәnlikdәdir. Əh. 888 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, tibb mәntәqәsi, kitabxana var.