ƏLİYARLI Süleyman Sәrdar oğlu (18. 12.1930, Beylәqan r-nunun Şahsevәn k. – 16.1.2014, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1975), prof. (1980), әmәkdar elm xadimi (1990). MDU-nun tarix fakültәsini bitirmişdir (1954). Azәrb. SSR EA Tarix İn-tunda kiçik elmi işçi, elmi katib (1954–59) vәzifәlәrindә çalışmışdır. 1959 ildә Azәrb. Dövlәt Un-tinin (indiki BDU) Azәrbaycan tarixi kafedrasında pedaqoji fәaliyyәtә başlamış, ömrünün sonunadәk (1965– 80 illәrdә dosent; 1978–2001 illәrdә kafedra müdiri) orada işlәmişdir. 1989–2000 illәrdә Azәrb. Resp. Milli Mәclisinin Toponimika komissiyasına başçılıq etmişdir. 26 cildlik “Türklәr” ensiklopediyasının redaksiya heyәtinin üzvü vә müәlliflәrindәn biridir. Elmi kadrların hazırlanmasında xidmәti var. 150-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә kitabın müәllifdir.
Əsәrlәri: Нефтяные монополии в Азербайджане в период первой мировой войны. Б., 1974; On the genesis of the Azerbaijanian people (Towards a formulation of the problem). “Soviet Anthropology and Archaeology”, L.-N.Y., 1990.