ƏLİYAROV Rauf Yusif oğlu (d.30.11. 1951, Bakı) – Azәrb. geoloqu, geologiyamineralogiya e.d. (1996). Azәrb. Dövlәt Neft vә Kimya İn-tunu (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) bitirmişdir (1973). Azәrneftdә mühәndis-geofizik (1973–78), Azәrb. SSR EA Dәrin Neft vә Qaz Yataqları Problemlәri İn-tunda böyük mühәndis, kiçik elmi işçi, böyük elmi işçi, şöbә müdiri, elmi işlәr üzrә direktor müavini (1978–2003), ARDNŞnin nәzdindә mәhdud mәsyliyyәtli şirkәtin idarәedici direktoru (Şahdәniz, 2003– 15), 2015 ilin dekabrından Azәrb. Dövlәt Neft vә Sәnaye Un-tindә elm vә texnika işlәri üzrә prorektordur. Elmi fәaliyyәti quyuların geofiziki tәdqiqi әsasında neft vә qazın tәbii rezervuarlarının öyrәnilmәsinә hәsr olunmuşdur. 120 elmi әsәrin, o cümlәdәn monoqrafiyanın, 2 ixtiranın müәllifidir.