ƏLİYEV Adil Abbas Əli oğlu (d.7.9.1930, Bakı) – Azәrb. geoloqu. Geologiya-mineralogiya e.d. (1992), prof. (2010), Azәrb. Resp. әmәkdar elm xadimi (2005). Azәrb. Resp. Dövlәt mükafatı laureatı (2010). 1954 ildә Azәrb. Dövlәt Untini bitirmiş, hәmin ildәn Azәrb. SSR EA Geologiya İntunda elmi işçi, böyük elmi işçi (1968 ilәdәk), laboratoriya rәhbәri (1969–86) olmuşdur. Suriya Neft Şirkәtindә baş mühәndis-kimyaçı, elmi mәslәhәtçi (1987–90) işlәmişdir. 1991 ildәn AMEA-nın Geologiya İn-tunda şöbә müdiridir. Tәdqiqatları palçıq vulkanlarının tektonik-struktur xüsusiyyәtlәri vә qanunauyğun yerlәşmәsi, onların dәrinliklәrdәki proseslәrlә әlaqәsi, dәrin yatım zonalarında karbohidrogen yığınlarının geol.-geokimyәvi kriterilәrinin proqnozlaşdırılması vә palçıq vulkanları sahәlәrindә axtarış-kәşfiyyat işlәrinin metodikası üzrәdir. 250-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Каталог извержений грязeвых вулканов Азербайджана (1810–2007 гг.) (İ.S.Quliyev, R.R.Rәhmanovla birgә). Изд-во “Nafta-Press”, B., 2009; Атлас грязевых вулканов мира (İ.S.Qulyev, F.Q.Dadaşov, R.R.Rәhmanovla birgә). Изд-во “Nafta-Press”, B., 2015.