ƏLİYEV Ağadadaş Mahmud oğlu (d.16.10.1940, Bakı) – kimya texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.d. (1984), prof. (1986), AMEA-nın akad. (2001; m.üzv 1989). Azәrb. Neft vә Kimya İntunu (ANKİ) bitirmişdir (1963). Sumqayıtda poçt qutusu müәssisәsindә maşinist, mühәndis, mexanik (1963–64), Bakı Şin z-dunda mexanik (1964–65) işlәmiş, 1968 ildәn Azәrb. SSR EA Kimya Texnologiyasının Nәzәri Problemlәri İntunda (indiki AMEA-nın M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) baş mühәndis, elmi işçi, elmi katib, şöbә müdiri, laboratoriya müdiri, direktor müavini, direktor vәzifәsindә çalışmışdır. Hazırda hәmin in-tda laboratoriya müdiridir. ANKİ (1972–73) vә Sumqayıt Texniki Un-tindә (1995–2001) pedaqoji fәaliyyәt göstәrmişdir. Tәdqiqatları kimyәvi reaksiyaların kinetika vә mexanizminin öyrәnilmәsi, çoxmәrhәlәli reaksiyalar üçün yüksәk effektivliyә malik çoxfunksiyalı metalseolit katalizatorlarının sintezinin elmi әsaslarının yaradılması, qeyri-stasionar katalitik proseslәrin nәzәriyyәsi vә texnologiyası, kimya proseslәrinin vә kimya-texnoloji sistemlәrin modellәşdirilmәsi vә optimallaşdırılması, kimya texnologiyasının nәzәri әsaslarının işlәnib hazırlanması sahәsindәdir. Beynәlxalq konfranslarda mәruzә ilә çıxış etmişdir. Yüksәkixtisaslı kadrların hazırlanmasında xidmәti var. 600-dәn çox elmi әsәrin müәllifidir.