ƏLİYEV Ağa Qurban oğlu (11.5.1911, Göyçay – 28.5.1997, Bakı) – Azәrb. neftçi geoloqu. Geologiya-mineralogiya e.d. (1963), prof. (1965). SSRİ Dövlәt mükafatı laureatı (1951). Azәrb. SSR әmәkdar mü hәndisi (1961). SSRİ-nin fәxri neftçisi (1971). 1936 ildә Azәrb. Sәnaye İn-tunu bitirmişdir. 40 ilә yaxın müxtәlif kәşfiyyat vә neftçıxarma idarәlәrindә rәhbәr vәzifәlәrdә işlәmişdir. “Azәrb. Dәniz Neft Kәşfiyyatı” trestinin baş geoloqu (1945–64), Azәrb. Dövlәt Neft Sәnayesi Elmi Tәdqiqat vә Layihә İn-tunun direktor müavini (1966–77), 1977 ildәn hәmin intda laboratoriya rәhbәri olmuşdur. 1964–66 illәrdә Azәrb. Neft vә Kimya İn-tunda dәrs demişdir. 1945 ildәn dәnizdә aparılmış geol.-kәşfiyyat işlәrinә rәhbәrlik etmişdir. Ə.-in rәhbәrliyi ilә Neft daşları, Gürgandәniz, Qum a., Sanqaçal-dәniz, Duvannı a., Bulla a., Bahar vә s. neft-qaz yataqları açılmışdır. Pliosen çöküntülәrinin bir neçә sәrbәst çöküntütoplanma hövzәsinә bölünmәsinin yeni nәzәri müddәalarını hazırlamış, Küryanı sahәdә neft vә qaz yataqlarının axtarışı üçün konkret sahәlәr (Kürovdağ, Mişovdağ, Qalmas, Qarabağlı, Kürsәngi vә s.) ayırmışdır. Ə. çoxcildlik “Azәrbaycanın geologiyası” monoqrafiyasının müәlliflәrindәndir. Azәrb. SSR Ali Soveti Rәyasәt Heyәtinin üzvü, Azәrb. SSR Ali Sovetinin (3–4-cü çağırış) deputatı olmuşdur. İki Qırmızı Əmәk Bayrağı, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
Əsәrlәri: Геология и нефтеносность КураАраксинской области. Б., 1960; Закономерности размещения и условия формирования залежей нефти и газа Предкавказья и Азербайджана, т. 5, Азербайджанская ССР (başqaları ilә birgә). М., 1976.