ƏLİYEV Akif Hümbәt oğlu (d.20.6.1940, Gürc. SSR, Bolnisi r-nunun Qoşakilsә k.) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2015). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1962). Əmәk fәaliyyәtinә müәllimliklә başlamış, Azәrb. Resp. Mәrkәzi Müәllimlәri Tәkmillәşdirmә İn-tunda vә Texniki peşә mәktәblәri vә liseylәri üzrә tәşkilatimetodik kabinetdә (indiki Tәdris-Metodik Mәrkәzi) metodist (1978–2000), Tәhsil Problemlәri İn-tunda (indiki Tәhsil İn-tu) şöbә müdiri (2000–14) işlәmişdir. 2014 ildәn baş elmi işçidir. Tәdqiqatları kimyanın tәdrisi metodikasına hәsr edilmişdir. 80-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, dәrslik vә dәrs vәsaitinin müәllifidir.