ƏLİYEV Akif İsmayıl oğlu (d.4.2.1934, Gәncә) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1991), prof. (1996). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1988). Azәrb. Sәnaye İn-tunun geol. kәşfiyyat fakültәsini bitirmişdir (1956). 1959 ilәdәk neft mәdәnlәrindә çalışmışdır. Azәrb. SSR EA Geologiya İn-tunda (indiki Geologiya vә Geofizika İn-tu) kiçik elmi işçi (1962– 66), Ümumittifaq Elmi Tәdqiqat vә Layihә Qaz İn-tunda laboratoriya rәhbәri (1966– 79), “Dövlәtdәnizneftqazlayihә” İn-tunda baş geoloq, elmi işlәr üzrә direktor müavini (1979–88), Hindistanda Sovet İttifaqı ekspertlәr qrupunun baş mühәndisi (1988– 91) vәzifәlәrindә çalışmışdır. 1992 ildәn ARDNŞ-dә şöbә müdiri, xarici iqtisadi әlaqәlәr üzrә rәis müavini işlәyir, eyni zamanda AMEA Geologiya vә Geofizika İn-tunda aparıcı elmi işçi kimi fәaliyyәt göstәrir. Ə.-in rәhbәrliyi vә bilavasitә iştirakı ilә Xәzәr dәnizinin geologiyası vә neft-qazlılığı üzrә geniş tәdqiqatlar aparılmış, neft vә qazın proqnoz ehtiyatları qiymәtlәndirilmiş, “Azәrbaycanda qaz yataqlarının axtarış vә kәşfiyyatının baş sxemi” işlәnib hazırlanmışdır. Ə. 200-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә kitabın, 10 ixtiranın müәllifi, SSRİ-nin vә Azәrb. Resp.-nın neftqazlılıq vә tektonikasına dair dәrc edilmiş silsilә xәritәlәrin vә atlasların hәmmüәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.