ƏLİYEV Akif Şıxan oğlu (d. 21.9.1955, Nax. MR, Culfa r-nunun Bәnәniyar k.) – Azәrb. kimyaçısı, kimya e.d. (2010). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1978). Azәrb. SSR EA-nın Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda müxtәlif vәzifәlәrdә (1980–2001), Kimya Problemlәri İn-tunda (indiki M.F. Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) aparıcı elmi işçi (2001–12) işlәmiş, 2012 ildәn laboratoriya müdiri vәzifәsindә çalışır. Tәdqiqatları yüksәk fotohәssaslığa malik yarımkeçirici nazik tәbәqәlәrin elektrokimyәvi yolla alınmasına hәsr olunmuşdur. 100-dәn çox elmi әsәrin müәllifidir. “Kimya Problemlәri” jurnalının tәsisçisidir.