ƏLİYEV Aqil Əlirza oğlu (10.12.1926, Naxçıvan ş. – 7.3.2006, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1983), prof. (1979), AMEA-nın m.üzvü (2001). Azәrb. SSR әmәkdar elm xadimi (1982). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1951). Azәrb. SSR EAnın Tarix İn-tunda elmi işçi (1951–53), Azәrb. Dövlәt Tibb İn-tunun (indiki Azәrb. Tibb Un-ti) siyasi iqtisad kafedrasında müәllim (1953–73), kafedra müdiri (1973–88), iqtisadi nәzәriyyә vә tarix kafedrasının prof.-u (1992–98) vә 1998 ildәn ömrünün sonuna qәdәr iqtisadi nәzәriyyә vә hüququn әsasları kafedrasının müdiri olmuşdur. Tәdqiqatları hәyat sәviyyәsi, istehlak, sosial sahәlәrin iqtisadiyyatı problemlәrinә, sәhiyyә xidmәtinin planlaşdırılmasına vә ona ayrılan xәrclәrin dinamik artımının tәmin edilmәsinә, demoqrafik inkişaf göstәricilәrinin yaxşılaşdırılmasına aiddir. 190-dan çox elmi әsәrin, o cümlәdәn bir çox kitab vә monoqrafiyanın müәllifidir. Beynәlxalq simpozium vә konfranslarda mәruzәlәrlә çıxış etmişdir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Проблемы личного потребления в условиях развитого социализма: Теория и практика регионального развития. Б., 1982; Bazar iqtisadiyyatına keçid: dövlәtin iqtisadi siyasәti (A.Şәkәrәliyevlә birgә). B., 2002; Dünya iqtisadiyyatı: müasir dövrün problemlәri (A.Şәkәrәliyevlә birgә). B., 2003; Менеджмент развития. Вопросы теории и практики управления в странах с переходной экономикой. М., 2003; Инвестиции и инновации. Политико-экономические очерки. М., 2006.