ƏLİYEV Araz Rafiq oğlu (d.20.2.1973, Bakı) – Azәrb. riyaziyyatçısı, riyaziyyat üzrә e.d. (2009), prof. (2014). Bakı Dövlәt Un-tini (BDU) bitirmişdir (1995). 1996 ildәn BDU-nun tәtbiqi riyaziyyat fakültәsindә fәaliyyәtә başlamışdır. 2004 ildәn AMEA-nın Riyaziyyat vә Mexanika İntunda (2013 ildәn baş elmi işçi) çalışır. Elmi işlәri funksional analiz sahәsinә aid operator-diferensial tәnliklәrin hәlli mәsәlәlәrinә, Şrödingerin maqnit operatorunun tәdqiqinә hәsr olunmuşdur. 100-dәn çox elmi әsәrin vә 1 monoqrafiyanın müәllifidir.
Əsәri: К теории разрешимости некоторых операторно-дифференциальных уравнений. Исследование для краевых задач. LAP Lambert Academic Publishing, 2012.