ƏLİYEV Azad Firudin oğlu (20.9.1959, Erm. SSR, Basarkeçәr r-nunun Sarıyaqub k. – 1.2006, Bakı) – Azәrb. gigiyenisti. Tibb e.d. (2004). Azәrb. Dövlәt Tibb İntunu bitirmişdir (1982). Şuşa ş.-ndә hәkim kimi fәaliyyәtә başlayan Ə. 1988 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun (indiki Azәrb. Tibb Un-ti) ictimai sağlamlıq vә sәhiyyәnin tәşkili kafedrasında (2002–05 illәrdә kafedra müdiri) işlәmişdir. Tәd-qiqatları, әsasәn, vaxtından әvvәl ölüm hadisәsi problemlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 70-dәn çox elmi әsәrin müәllifidir.
Əsәri: Преждевременная смерть как социальная проблема. Б., 2001.