ƏLİYEV Azad Hәmzә oğlu (14.3.1928, Gәncә – 17.8.1994, Bakı) – Azәrb. violinçalanı. Azәrb. SSR xalq artisti (1982). Yerevan Dövlәt Konservatoriyasını bitirmişdir (1951). 1951–71 illәrdә Azәrb. Dövlәt Simli Kvartetindә (1ci violin) çalmışdır. Azәrb. bәstәkarlarının violin üçün әsәrlәrinin ilk ifaçılarındandır. Repertuarına Qәrbi Avropa, rus bәstәkarlarının әsәrlәri dә daxil idi. Ə. musiqiçilәrin C.Enesku ad. Beynәlxalq müsabiqәsinin diplomantı (1958, Buxarest), simli kvartetin tәrkibindә Ümumittifaq festivalının (1957, Moskva), tәlәbә vә gәnclәrin 6-cı Ümumdünya festivalının (1957, Moskva) laureatı adına layiq görülmüşdür. Ü.Hacıbәyli ad. Azәrb. Dövlәt Simfonik Orkestrinin konsertmeysteri (1970–76), Azәrb. Dövlәt Kamera Orkestrinin dirijoru vә konsertmeysteri (1977– 81), 1981–94 illәrdә “Arazbarı” kamera ansamblının bәdii rәhbәri olmuşdur. 1951 ildәn Azәrb. Dövlәt Konservatoriyasında dәrs demişdir (1977 ildәn prof.).