ƏLİYEV Azәr Rafiq oğlu (d.5.6.1969, Bakı) – Azәrb. tibb alimi, onkoloq, tibb üzrә e.d. (2014). Azәrb. Tibb Un-tini bitirmişdir (1996). Hәmin ildәn Milli Onkologiya Mәrkәzinin abdominal onkologiya şöbәsindә işlәyir (2014 ildәn aparıcı elmi işçi). Tәdqiqatları, әsasәn, mәdә xәrçәnginin müalicәsi probleminin öyrәnilmәsinә hәsr olunmuşdur. 120-yә qәdәr elmi әsәrin müәllifidir.