ƏLİYEV Bayram Zeynal oğlu (d.18.3. 1941, Erm. SSR, Basarkeçәr r-nunun Kiçik Mәzrә k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1987), prof. (1988). Azәrb. Dövlәt Untini (ADU) bitirmişdir (1965). 1970–74 illәrdә ADU-nun maddә quruluşu kafedrasının assistenti olmuş, 1974–75 illәrdә Azәrb. Politexnik İn-tunun Kirovabad (indiki Gәncә) filialında direktor vәzifәsindә çalışmışdır. 1975 ildәn hәmin filialın bazasında yaradılmış Texnologiya Un-tinin fizika vә kimya kafedrasının müdiridir. Tәdqiqatları monokristallardakı ayrı-ayrı atom müstәvilәrindә müxtәlif çıxış işlәrinin alınmasına aiddir. 160-dan çox elmi әsәrin müәllifidir.