ƏLİYEV Bәhram Hüseyn oğlu (d.2.9. 1955, Erm. SSR, Zәngibasar r-nunun Böyük Şöllü k.) – k.t. sahәsindә Azәrb. alimi, texnika e.d. (1997), prof. (2003). Azәrb. İnşaat Mühәndislәri İn-tunu bitirmişdir (1979). 1973–90 illәrdә müxtәlif vәzifәlәrdә çalışmış, “Raduqa” Ümumittifaq EİB-in Bakı filialında direktor (1990–91), Azәrb. Resp. Kәnd Tәsәrrüfatı Nazirliyinin (KTNnin) “İmpuls” EİB-dә baş direktor (1991– 97), Azәrb. Resp. KTN-nin Eroziya vә Suvarma ETİ-dә direktor (1997–2005), Azәrb. Resp. kәnd tәsәrrüfatı nazirinin müavini (2005–13) olmuşdur. 1997 ildәn AMEA Eroziya vә Suvarma İn-tunda şöbә müdiridir. Tәdqiqatları meliorasiya vә tәbii ehtiyatların qorunması, azintensivli suvarmanın avtomatlaşdırılmış idarә olunması vә s. sahәlәrinә aiddir. 130-dan çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Azәrbaycanda kәnd tәsәrrüfatının bәzi problemlәri vә onların hәlli yolları (İ.N.Əliyevlә birlikdә). B., 2004; Техника и технология капельного орошения в Азербайджане (İ.N.Əliyevlә birlikdә). Б., 2001; Проблема опустынивания в Азербайджане и пути ее решения. Б., 2005.