ƏLİYEV Bәxtiyar Hәmzә oğlu (d. 20.3. 1961, Ağdam r-nunun Papravәnd k.) – Azәrb. psixoloqu, psixologiya e.d. (1998), prof. (2000), AMEA-nın m.üzvü (2007). Moskva Dövlәt Un-tini bitirmişdir (1983). Hәmin ildәn Azәrb. Dövlәt Un-tindә (indiki BDU) müxtәlif vәzifәlәrdә çalışmış (1983–97). 1997 ildәn BDUnun psixologiya kafedrasının müdiridir. Azәrb. Resp. Milli Mәclisinin (2–5ci çağırış) deputatı, Elm vә tәhsil mәsәlәlәri daimi komissiyasının sәdr müavini (2005) seçilmişdir. Tәdqiqatları, әsasәn, mәhkәmә-psixoloji ekspertizasının ümumi nәzәriyyәsinin yaradılmasına, siyasi liderin psixoloji portreti, tarixi şәxsiyyәtin cәmiyyәtdә gedәn ictimai-siyasi proseslәrә nüfuzu mәsәlәlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 200-dәk elmi әsәrin, 23 dәrslik vә dәrs vәsaitinin, bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Mәhkәmә-psixoloji ekspertizasının әsasları. B., 1995; Cinayәt vә mülki proseslәrdә mәhkәmәpsixoloji ekspertizası problemlәri. B. 1996; Психологические вопросы изучения преступления. Б., 1999.