ƏLİYEV (Yusifli) Cavanşir Əziz oğlu (d.24.9.1958, Masallı r-nunun Ərkivan k.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2010). Azәrb. Pedaqoji Xarici Dillәr İn-tunu bitirmişdir (1986). 1988 ildәn AMEA Nizami ad. Ədәbiyyat İn-tunda çalışır, 2010 ildәn baş elmi işçisidir. Tәdqiqatları, әsasәn, Azәrb. komediyasının poetikasına hәsr olunmuşdur. 250-dәn çox elmi әsәr yazmış, Dünya әdәbiyyatından tәrcümәlәr etmişdir (әsasәn, fransız dilindәn).
Ə s ә r l ә r i: Azәrbaycan komediyasının poetikası. B., 2007; Filoloji fantaziya. B., 2008; Yaddaşın poetikası. B., 2009.