ƏLİYEV Cavanşir İsmәt oğlu (6.7.1954, Bakı – 3.8.2003, Bakı) – Azәrb. fiziki, biol. e.d. (1994). Azәrb. Dövlәt Un-tini (ADU) bitirmişdir (1976). 1980–84 illәrdә SSRİ EA Kimyәvi Fizika İn-tunda, 1984 ildәn ADU-nun molekulyar biofizika elmi tәdqiqat laboratoriyasında böyük elmi işçi, baş elmi işçi işlәmişdir. Tәdqiqatları, әsasәn, sәrbәst dәmir vә onun biosistemlәrdәki azot oksidinin stabillәşdirici tәsirinә sahәsinә aiddir. 200-dәn çox elmi әsәrin müәllifidir.