ƏLİYEV Çingiz Sәid oğlu (d.21.8.1947,Bakı) – Azәrb. geofiziki, geologiya-mineralogiya e.d. (1994), prof. (2013), AMEA m.üzvü (2014). 1970 ildә Azәrb. Dövlәt Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir. Ümum-ittifaq Elmi Tәdqiqat Geo-fizika İn-tunda texnik, kiçik elmi işçi (1971–75), Azәrb. SSR EA-nın Geo-fizika Elmi Mәrkәzindә kiçik elmi işçi (1975–78), Geologiya İn-tunda isә mühәndis (1978–82), elmi işçi (1982–86), böyük elmi işçi (1986–88), aparıcı elmi işçi (1988–90), laboratoriya rәhbәri (1990–2006) vәzifәlәrindә çalışmışdır. 2006 ildәn AMEA Geologiya İn-tunda şöbә müdiridir. Elmi tәdqiqatları radioaktivlik, radioaktiv sahәlәr, radioaktiv sahәlәrin geol. quruluşu, neft-qazlılığı, seysmik aktivliyi vә ekologiya ilә әlaqәlәrinin öyrәnilmәsinә aiddir. Azәrb.-ın depressiya zonalarının tәbii radioaktivliyini öyrәnmiş, radio metrik üsullarla neftli-qazlı strukturların axtarış kriterilәrini işlәyib hazırlamışdır. Azәrb.-da ilk dәfә tibbi geologiya problemlәrinin öyrәnilmәsi mәqsәdilә Azәrb. әrazisi üçün “Radonun hәcmi aktivliyinin paylanma xәritәsi”ni tәrtib etmiş, Azәrb.-ın palçıq vulkanlarında radon vә metan qazları axınının seysmikliklә әlaqәsini müәyyәnlәşdirmişdir. 180-әdәk elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.