ƏLIYEV Elçin Tofiq oğlu (d.18.9.1967, Bakı) – Azәrb. memarı, memarlıq doktoru (2014). Bakıdakı Qәrb Un-tinin prof.-udur (2015) Azәrb. İnşaat Mühәndislәri İn-tunun bitirmişdir (1989). 70-dәn çox memarlıq vә dizayner layihәlәrini müәllifidir. Bir sıra layihәlәri Rusiya, İran, ABŞ, Türkiyә, Almaniya vә s. ölkәlәrin müxtәlif mükafatlarına layiq görülmüşdür. Azәrbaycan Memarlar İttifaqı İdarә Heyәtinin sәdr müavini (2012–17) olmuşdur. Memarlıq, dizayn vә şәhәrsalmaya dair 140-dan çox elmi әsәrin, o cümlәdәn 14 kitabın müәllifidir.
Ə s ә r l ә r i: Mәkanların astanasında. Bakı tarixini yazan qapılar, 1867-1913 illәr. İstanbul, 2011; XX әsrin 1920-1930-cu illәrinin Bakı memarlığı. Bakı, 2013; Konstruktivizm dövrü. 20-ci әsrin 1920-1930-cu illәrinin Bakı memarlığı. Bakı, 2013; Azәrbaycan Memarlığında Alman İrsi. İstanbul, 2017.