ƏLİYEV Eldar Allahverdi oğlu (d.18.7.1962, Laçın ş.) – Azәrb. cәrrahı, tibb üzrә e.d. (2015). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1989). Hәmin ildәn Azәrb. Tibb Un-tinin 1-ci cәrrahi xәstәliklәr kafedrasında (2008 ildәn dosent) işlәyir. Tәdqiqatları, әsasәn, koloproktoloji xәstәliklәrin cәrrahi müalicәsinin öyrәnilmәsinә hәsr olunmuşdur. Azәrb.-da ilk dәfә düz vә yoğun bağırsaq әmәliyyatlarının atlasını tәrtib etmişdir (H.A.Sultanovla birgә). 100-dәn çox elmi әsәrin müәllifidir.