ƏLİYEV Etibar Böyükağa oğlu (11.7.1955, Lәnkәran ş. – 24.3.1993, orada) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 24.8.1993). 1975 ildә Saratov vil.-ndә hәrbi xidmәtini başa vurub vәtәnә qayıtmış, resp.-da baş verәn ictimaisiyasi hadisәlәrdә yaxından iştirak etmiş, xalq hәrәkatının öncüllәrindәn biri olmuşdur. 1993 ilin avqustun 23-dә Azәrb.-ın cәnub bölgәsindә “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilә çıxış edәn separatçılara qarşı әmәliyyatlarda xüsusi fәallıq göstәrәrkәn hәlak olmuşdur. Lәnkәranda Şәhidlәr Xiyabanında dәfn edilmişdır. Adına küçә var. Lәnkәran ş.-nin “23 Avqust” meydanında büstü qoyulmuşdur.