ƏLİYEV Etibar Əli oğlu (d.15.4.1957, Cәlilabad r-nunun Ocaqlı k.) – Azәrb. hüquqşünası, hüquq üzrә e.d. (2014). 1978 ildә Azәrb. Politexnik İn-tunu (indikiAzTU), 1988 ildә isә SSRİ Daxili İşlәr Nazirliyinin Ali İstintaq Mәktәbini bitirmişdir. 1978 ildәn Daxili İşlәr Nazirliyindә xidmәt edir. 2004 ildәn Bakı Dövlәt Un-tinin beynәlxalq hüquq vә Avropa hüququ kafedrasında (2010 ildәn dosent) çalışır. Tәdqiqatları, әsasәn, beynәlxalq hüquq vә nәql. hüququ problemlәrinә aiddir. 150-yә yaxın elmi әsәrin, bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Qloballaşma dövründә beynәlxalq nәqliyyat daşımaları: hüquqi aspektlәr. B., 2006; Beynәlxalq iqtisadi hüquq: ümumi müddәalar. B., 2011.