ƏLİYEV Əbdül Hacәli oğlu (25.5.1911, indiki Dağ. Resp., Daxadayev r-nunun Kubaçi qәs. – 5.10.1965, Mahaçqala) – Azәrb. geoloqu, litoloq. Geologiya-mineralogiya e.d. (1946), prof. (1949), Azәrb. SSR EA m.üzvü (1955). 1936 ildә Azәrb. Sәnaye İn-tunu bitirmişdir. Ə. Azәrb.-da çökmә süxurların litologiyasının әsasını qoyanlardan biridir. Azәrb. SSR EA İ.M.Qubkin ad. Geologiya İn-tunun direktoru (1948–51), Azәrb. SSR EA neft ekspedisiyasının rәhbәri (1950–59), SSRİ EA Geologiya İn-tu Dağıstan filialının direktoru (1960–62), Dağıstan Dövlәt Un-tinin rektoru (1962–65), Dağ. MSSR Ali Soveti sәdrinin müavini (1963–65) olmuşdur. Azәrb. SSR vә Dağ. MSSR neft vә qaz yataqlarının Mezozoy çöküntülәrinin litofasial vә kollektor xüsusiyyәtlәrini öyrәnmişdir. “Azәrbaycanın geologiyası” adlı çoxcildlik monoqrafiyanın müәlliflәrindәn biri, 100-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur. Dağ. MSSR Ali Sovetinin (6-cı çağırış) deputatı seçilmişdir. “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: Петрография третичных отложений Азербайджана. Б., 1949; Петрография майкопских отложений Азербайджана (E.David bәyovla birlikdә). Б., 1952; Осадочные породы Азербайджана. Б., 1955; Коллекторы нефти и газа мезозойских и третичных отложений Азербайджана (H.Ə.Əhmәdovla birlikdә). Б., 1958.