ƏLİYEV Əbdülrәhim Mirzә oğlu (10.12.1909, Bakı – 15.9.1991, Bakı) – Azәrb. cәrrahı. Tibb e.d. (1965), prof. (1966). 1981–83 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun 3-cü cәrrahi xәstәliklәr kafedrasının müdiri olmuşdur. Tәdqiqatları hepatolienal sistemin xәstәliklәrinin, xüsusilә portal hipertenziyanın, öddaşı xәstәliyinin, qara ciyәr zәdәlәnmәlәrinin diaqnostikası vә cәrrahi müalicәsi mәsәlәlәrinә hәsr olunmuşdur.