ƏLİYEV Əbülfәt Əsәd oğlu (30.12.1926, Şuşa – 27.12.1990, Bakı) – Azәrb. müğәnnisi. Azәrb. SSR xalq artisti (1964). Yaradıcılığa 1943 ildәn Ağdam mәdәniyyәt evindә başlamış, M.Maqomayev ad. Azәrb. Dövlәt Filarmoniyasının (1945–78) vә Azәrb. Dövlәt Qastrol-Konsert Birliyinin (1978–90) solisti olmuşdur. Ə. eyni zamanda 1956–62 illәrdә Azәrb. Opera vә Balet Teatrının solisti olmuş, burada Mәcnun, Kәrәm (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm”, Ü.Hacıbәyli) vә Şah İsmayılın (“Şah İsmayıl”, M.Maqomayev) uğurlu sәhnә obrazlarını yaratmışdır. Mәlahәtli, yumşaq tembrli sәsә malik Ə.-in ifa tәrzinә incә lirizm, emosionallıq xas idi. O, muğam (Segah, Hümayun, Çahargah, Rast, Şur vә s.) vә tәsniflәri oxuyarkәn milli vokal sәnәtinin xarakterik ifa vasitәlәrindәn (zәngulә, gәzişmә, xal vә s.) mәharәtlә istifadә etmişdir. Bir sıra xalq mahnılarının (“Uca dağlar”, “Sevmişәm qara gözünü”, “Tel oynasın”, “Aşiqәm”, “Ay qaşı, gözü qara qız”, “Pәri” vә s.), tәsniflәrin (Şüştәr, Bәstәnigar, BayatıŞiraz, Şur, Mahur vә s.) vә Azәrb. bәstәkar mahnılarının әn yaxşı ifaçılarından olmuşdur. YUNESKO xәtti ilә 1971 ildә Moskvada keçirilәn 7-ci Beynәl xalq Musiqi Konqresindә Segah muğamını oxumuşdur. Bir çox xarici ölkәdә konsertlәr vermişdir.
Я. Ялийев Мяънун (“Лейли вя Мяънун”, Ц.Щаъыбяйли) ролунда.