ƏLİYEV Əbülfәz Hüseyn oğlu (22.12.1922, Gәncә – 15.3.1992, Gәncә) – Azәrb. baytar hәkimi. Baytarlıq e.d. (1974), prof. (1984). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1953). Azәrb. Elmi Tәdqiqat İpәkçilik İn-tunda laboratoriya müdiri (1958–83), 1983 ildәn Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunun parazitologiya vә baytarlıqsanitariya ekspertizası kafedrasının prof.-u olmuşdur. Tәdqiqatları tut ipәkqurdlarının biol. vә texnoloji xüsusiyyәtlәrinә antibiotiklәrin tәsiri, ipәkqurdlarından toxumun alınması vә saxlanılması, yumurtadan çıxan tırtılların yemlәndirilmәsi vә ipәkqurdlarının hördüyü lifin keyfiyyәt göstәricilәri mәsәlәlәrinә aiddir. 90-dan çox elmi әsәrin, yüksәk mәhsuldar vә xәstәliklәrә davamlı 5 yeni ipәkqurdu cinsinin müәllifidir. Kadr hazırlığında xidmәti var. “Qırmızı Ulduz” ordeni vә bir sıra medallarla tәltif edilmişdir.