ƏLİYEV Ədalәt Bayramәli oğlu (d. 8.10.1948, Yevlax r-nunun Yaldili k.) – nәql. sahәsindә Azәrb. alimi, texnika e.d. (2006), iqtisad üzrә e.d. (2015), prof. (2013). 1968 ildә Saratov vil.-indә tәyyarәçilәr mәktәbini, 1981 ildә Leninqradda Mülki Aviasiya Akademiyasını bitirmişdir. 1968–74 illәrdә Yevlax Birlәşmiş Aviasiya dәstәsindә vә 1974–81 illәrdә Bakı Birlәşmiş Aviasiya dәstәsindә pilot, tәyyarә komandiri, eskadrilya komandiri, 1981–84 illәrdә Gәncә, 1984–92 illәrdә Bakı Birlәşmiş Aviasiya dәstәlәrinin komandiri – aeroport rәisi, 1992–96 illәrdә Azәrb. Hava yolları Dövlәt Konserninin baş direktoru, 1996–2002 illәrdә Moskvada Aviasiya Sәnayesi Nazirliyindә Konver-Avia EİB-dә Baş direktorun müavini vәzifәlәrindә çalışmışdır. 2002 ildәn Azәrb. Memarlıq vә İnşaat Un-tindә pedaqoji fәaliyyәt göstәriri. Tәdqiqatları mülki aviasiya sahәsindә yeni istismar texnologiyalarının tәtbiqinә, daimi nәzarәt qlobal sisteminin yaradılmasına (tәyyarәlәrin uçuş zamanı texniki parametrlәrinә nәzarәt), iqtisadi vә milli tәhlükәsizliyin formalaşması vә inkişafına aiddir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Современные эксплуатационные технологии в Гражданской авиации СНГ. М., 1999; Проблемы экономической и национальной безопасности Азербайджанской Республики в современных условиях. Б., 2010; Возрождение и управление экономической безопастностью государства. Б., 2013.