ƏLİYEV Əhәd Fәrşad oğlu (11.4.1913, Şuşa – 14.7.1980, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1963), prof.(1967). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1938). 1945–66 illәrdә Azәrb. SSR EA Kimya İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış, 1966 ildәn Azәrb. Dövlәt Xalq Tәsәrrüfatı İn-tunda kafedra müdiri işlәmişdir. Tәdqiqatları tsikloheksan karbohidrogenlәrinin müxtәlif şәraitdә (katalitik, fotokimyәvi vә s.) halogenlәşmәsi, sintezi vә alınan mәhsulların bәzi çevrilmәlәrinә hәsr edilmişdir. 100-әdәk elmi әsәrin müәllifidir.