ƏLİYEV Əkbәr Bayram oğlu (d.4.1.1950, Gürc. SSR, Qardabani r-nunun Qaracalar k.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1998), prof. (1990). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1972). 1976–80 illәrdә Azәrb. SSR EA Riyaziyyat vә Mexanika İn-tunun elmi işçisi olmuş, 1980 ildәn AzTU-da müxtәlif vәzifәlәrdә çalışmış, 2002 ildәn riyaziyyat kafedrasının prof.-udur. Tәdqiqatları qeyri-xәtti hiperbolik tip diferensial tәnliklәrin qlobal hәllәrinin mövcudluğuna hәsr olunmuşdur. Ə. isbat etmişdir ki, müәyyәn şәrtlәr daxilindә qeyri-xәtti hiperbolik operatorlara uyğun birtәrәfli mәsәlәlәrin hәlli mümkündür. 120-dәn çox elmi әsәrin müәllifidir.