ƏLİYEV Əlәkbәr Əli Ağa oğlu (d.16.12.1958, Bakı) – informasiya texnologiyaları sahәsindә Azәrb. alimi, texnika e.d. (1997), prof. (2004), әmәkdar müәllim (2009). Moskva Dövlәt Un-tini bitirmişdir (1982). 1989 ildәn Azәrb. Dövlәt Un-tindә (indiki BDU) müxtәlif vәzifәlәrdә çalışmış, 1998 ildәn kafedra müdiridir. Tәdqiqatları kompüter şәbәkәlәrinә, paylanmış sistemlәrdә informasiyanın işlәnilmәsinә, paylanmış verilәnlәr bazasında paralel yerinә yetirilәn tranzaksiyaların idarә olunmasına, kompüter şәbәkәlәri әsasında qurulmuş paylanmış sistemlәrdә tәtbiqi proseslәrin qarşılıqlı әlaqәsi vә sinxronluğu nәzәriyyәsinin inkişaf etdirilmәsinә, bulud texnologiyalarına aiddir. Beynәlxalq elmi konfranslarda çıxış etmişdir. 130-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Cинхронизация прикладных процессов в распределённых системах обработки данных (A.İ.Nikitinlә birlikdә). Киев, 1995.