ƏLİYEV Əlәkbәr Seyidmәmmәd oğlu (17.2.1907, İsmayıllı r-nunun Lahıc k. – 19.2.1962, Bakı) – Böyük Vәtәn müharibәsi qәhrәmanı, partizan hәrәkatı iştirakçısı, polkovnik. 1925 ildәn orduda xidmәt etmişdir. Tiflis hәrbi mәktәbini bitirmişdir (1929). Böyük Vәtәn müharibәsinәdәk Ə. vzvod, batareya komandiri vә polk komandirinin müavini olmuşdur. 1941 ildә Buq çayı vә Belostok r-nunda gedәn döyüşlәrdә ağır yaralanan Ə. arxada qalaraq Borisov ş. yaxınlığında partizan dәstәlәri yaradılmasında fәallıq göstәrmişdir. 1942 ildә “Dyadya Kolya” partizan birlәşmәsindә partizan dәstәsi qәrargahının rәisi, 1944 ildәn isә Suvorov ad. partizan dәstәsinin komandiri olmuşdur. Ə.-in partizan dәstәsi düşmәnin xeyli canlı qüvvәsini vә hәrbi texnikasını sıradan çıxarmış, Almaniyaya әsir aparılan 4000-dәn çox insanı azad etmişdir. Oder sahillәrinәdәk döyüş yolu keçmiş Ə. müharibәdәn sonra Leninqrad Ali Topçuluq Mәktәbini bitirmiş (1951), müxtәlif hәrbi vә zifәlәrdә çalışmışdır. 1954 ildә ordudan tәrxis olunmuşdur. Lenin ordeni, 3 Qırmızı Bayraq, 3 dәfә 1-ci dәrәcәli Vәtәn müharibәsi, Qırmızı Ulduz ordenlәri ilә tәltif edilmişdir.