ƏLİYEV Əlәsgәr Mәhәrrәm oğlu (d.6.4.1948, Nax. MR, Culfa r-nunun Saltax k.) – neft vә qaz quyularının qazılması sahәsindә Azәrb. alimi, texnika e.d. (2010), prof. (2015). Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir (1972). Əmәk fәaliyyәtinә 1976 ildәn hәmin in-tda başlamış, 2013 ildәn maşınların dinamikası vә möhkәmliyi kafedrasının prof.-dur. Tәdqiqatları neft vә qaz quyularının qazılması üçün tәtbiq edilәn qaldırma kompleksinin möhkәmliyi vә dinamikası sahәsindәdir. Beynәlxalq konfranslarda mәruzә ilә çıxış etmişdir. 130-dan çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Qazıma qurğusu qaldırma kompleksinin termomexaniki yüklәnmәsi. B., 1998.