ƏLİYEV Əli Binnәt oğlu (d.24.7.1940, Ağdam r-nunun Ətyemәzli k.) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), prof. (1990). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1965). Azәrb. Politexnik İn-tunda assistent, baş müәllim, dosent vәzifәlәrindә çalışmış (1968–78), 1978 ildәn Azәrb. İnşaat Mühәndislәri İn-tunda (indiki Azәrb. Memarlıq vә İnşaat Un-ti) işlәyir, 1988 ildәn kafedra müdiridir. Tәdqiqatları tәrkibindә oksigen, azot vә kükürd saxlayan üçüzvlü heterotsikllәrin vә beşüzvlü 1,3-diheterotsikloalkanların sintezi vә tәdqiqi sahәsindәdir. 180-dәn çox elmi әsәrin, dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.