ƏLİYEV Əli Musa oğlu ( 20.5.1933, Erm. SSR, Vedi r-nunun Dәhnәz k. – 23.4.2016, Bakı) – yol-inşaat materialları sahәsindә Azәrb. alimi, texnika e.d. (1984), prof. 1989). Bişkek Sәnaye Texnikumunu (1953), Azәrb. Politexnik İn-tunu bitirmişdir (1965). Qırğızıstan SSR Avtomobil Nәqliyyatı Nazirliyinin “Yolmühәndistikinti” trestindә mühәndis, layihәçi, baş mühәndis (1953–55) vәzifәlәrindә çalışmış, bir neçә körpünün vә tunelin tikintisindә iştirak etmişdir (2006 ildә hәmin körpülәrdәn birinә Ə.-in adı verilmişdir). Ə. “Yol tәmirtikinti” Baş İstehsalat İdarәsinin rәhbәri (1972–99), “AzVirt” yol vә aeroport tikintisi müәssisәsinin baş direktoru (1999–2016) olmuşdur. Tәdqiqatları aktivlәşdirilmiş mineral tozlu asfalt-betonların öyrәnilmәsi, asfalt-betonun regenerasiyası sahәsindәdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiyaların müәllifidir. Beynәlxalq elmi-praktiki konfranslarda mәruzәlәrlә çıxış etmişdir. Qırmızı Əmәk Bayrağı vә Azәrb. Resp.-nın “Şöhrәt” ordenlәri ilә tәltif olunmuşdur. Elmi kadrların hazırlan masında xidmәti var.
Ə s ә r i: Строительство автомобильных дорог и аэродромов. В 4-х томах, М., 2013.