ƏLİYEV Əli Osman oğlu (20.8.1941, Ağstafa r-nunun Köçvәlli k. – 13.1.2008, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1992). Azәrb. Dövlәt Un-tini (ADU) bitirmişdir (1962). 1968–84 illәrdә ADU-nun yarımkeçiricilәr fizikası kafedrasında müәllim, baş müәllim, dosent vәzifәlәrindә çalışmış, 1984–2008 illәrdә hәmin kafedranın prof.-u olmuşdur. 1973–77 illәrdә Əlcәzair Dövlәt Un-tindә vә 1981–84 illәrdә Brazzavil (Konqo Resp.) Un-tindә prof. vәzifәsindә işlәmişdir. Tәdqiqatları AvBvı, AvBvıCvıı tip yarımkeçirici-seqneto elektrik birlәşmәlәri vә onların әsasında әmәlә gәlәn bәrk mәhlullarda faza keçidlәri әtrafında qeyri-taraz elektron proseslәr sahәsinә hәsr olunmuşdur. 40-dan çox elmi әsәrin müәllifidir.