ƏLİYEV Əmir İbrahim oğlu (d. 4.4.1973, Erm. SSR, Mehri r-nunun Nüvәdi k.) – Azәrb. hüquqşünası, hüquq e.d. (2008), prof. (2012). Bakı Dövlәt Un-tini (BDU) bitirmişdir (1994). 1996 ildәn BDU-da müxtәlif vәzifәlәrdә işlәmiş, 2011 ildәn hüquq fakültәsinin dekanıdır. Tәdqiqatları, әsasәn, beynәlxalq hüquq vә insan hüquqları mәsәlәlәrinә hәsr olunmuşdur. 200-ә yaxın elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, bir neçә dәrsliyin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Əcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin statusunun beynәlxalq-hüquqi tәnzimlәnmәsi: nәzәriyyә vә praktika. B., 2007.