ƏLİYEV Əsgәr Əlәkbәr oğlu (8.11.1974, Lәnkәran r-nunun Lәj k. – 17.3.1994, orada) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 4.4.1995). Bakı Ali Ümum qoşun Komandirlәri Mәktәbinin tank-artilleriya fakültәsindә tәhsil almışdır. Azәrb. Resp.-n da dövlәt çevrilişinә cәhd zamanı qәhrәmancasına hәlak olmuşdur. Lәnkәran r-nunda adına park var. Büstü qoyulmuş, xatirә lövhәsi vә Haftoni qәs. orta mәktәbindә ”Xatirә guşәsi” yaradılmışdır.