ƏLİYEV Fikrәt Əhmәdәli oğlu (d.13.8.1949, Erm. SSR, Mehri r-nunun Nüvәdi k.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1990), AMEA-nın akad. (2001). Azәrb. Dövlәt Untini (indiki Bakı Dövlәt Un-ti, BDU) bitirmişdir (1971). Azәrb. SSR EA Riyaziyyat vә Mexanika İn-tunda çalışmış (1975–92), İstanbul Texniki Un-tinin prof.-u olmuşdur (1992–93). 1993 ildәn BDU-nun nәzdindәki Tәtbiqi Riyaziyyat ETİ-nin direktoru, eyni zamanda obrazların tanınması vә informasiyaların işlәnmәsi şöbәsinin müdiridir. Tәdqiqatları informatika sahәsinә aiddir. Diskret halda stabillәşdirici tәnzimlәyicilәrin parametrlәşmәsini vermiş, “frequency” vә “state-space” metodları arasında әlaqә yaratmış, qeyri-xәtti Rikkati tәnliyinin dayanıqlı hәlli üçün analitik spektral metod hazırlamışdır. Polinom vә kәsr rasional matrislәrin fakturizasiyası üçün effektiv alqoritmlәr tәklif etmiş, çıxışa nәzәrәn optimal vә etibarlı stabillәşdirici tәnzimlәyicilәrin qurulması yolları işlәnmişdir. 250-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Я с я р и: Optimization of Linear Control Systems. F.A. Aliyev and V.B. Larin. Gordon and Breach science publishers, 1998.