ƏLİYEV Fuad Mәmmәdbağır oğlu (11. 11.1929, Tәrtәr r-nunun Seydimli k. – 17.10.1996, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1968), prof. (1985). Azәrb. Dövlәt Un-tinin şәrqşünaslıq fakültәsindә (1945–46) vә Moskva Şәrqşünaslıq İn-tunun Yaxın Şәrq fakültәsindә (1946–50) tәhsil almışdır. Azәrb. SSR EA Tarix İn-tunda kiçik elmi işçi (1958–59), böyük elmi işçi (1959–61; 1968–72), Azәrb.-ın Rusiya vә Qafqaz xalqları ilә әlaqәlәri şöbәsinin müdiri (1978–80; 1985–96) vәzifәlәrindә çalışmışdır. 1961–68 illәrdә Azәrb. Tarixi Muzeyindә qәdim vә orta әsrlәr şöbәsinin müdiri, 1980–85 illәrdә Azәrb. SSR EA SSRİ-nin Xalqlar Dostluğu Sarayının elm üzrә direktor müavini olmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Şimali Azәrbaycan şәhәrlәri (XVIII әsrin ikinci yarısında). B., 1960; XVIII әsrin birinci yarısında Azәrbaycanda ticarәt. B., 1964; Миссия посланника русского государства А.П.Волынского в Азербайджане (1716–1718 гг.). Б., 1979; Азербайджано-русские отношения (XVIII – начало XIX вв.). Б., 1986.