ƏLİYEV Fuad Vahab oğlu (2.1.1942, Bakı – 22.2.2008, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1988), prof. (1993). Moskva Dövlәt Un-tini bitirmişdir (1964). Azәrb. SSR EA Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda kiçik elmi işçi (1965–75), Kimya Texnologiyasının Nәzәri Problemlәri İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) laboratoriya müdiri (1975– 2002) işlәmişdir. Tәdqiqatları ferrit katalizatorlarının sintezi vә katalitik xassәlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 90-adәk elmi әsәrin müәllifidir.