ƏLİYEV Fuad Yusif oğlu (d.1.2.1950, Gәncә) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), AMEA-nın akad. (2014; m. üzv 2007). Azәrb. Resp.-nın әmәkdar elm xadimi (2006). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1972). Azәrb. SSR EAnın Aşqarlar Kimyası İn-tunda laboratoriya müdiri (1981–82), direktor müavini (1983) işlәmiş, 1983–2013 illәrdә Gәncә Regional Elmi Mәrkәzinin direktoru olmuşdur. 2013 ildәn AMEA-nın yeni yaradılmış Gәncә Bölmәsinin akad.-katibi, 2015 ildәn sәdri vәzifәsindә çalışır. Tәdqiqatları qeyrisimmetrik disulfidlәrin, ksantogenatların sintezi vә tәdqiqi sahәsinә aiddir. 140-dan çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.