ƏLİYEV Gümrah Mәmmәd oğlu (d.9.1. 1958, Nax. MR, Şәrur r-nunun Püsyan k.) – tibb alimi, tibb e.d. (1995), prof. (1996). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1982). RF-nın İvanovo ş.-ndә Dövlәt Tibb İn-tunun elektron mikroskopiya laboratoriyasında kiçik elmi işçi (1985–87), baş elmi işçi (1987–92), 1993–95 illәrdә İngiltәrә Ürәk Fondunun tәqaüdçü elmi işçisi kimi London Un-ti kollecinin anatomiya vә inkişaf biologiyası kafedrasında işlәmişdir. Ə. 1996–97 illәrdә İspaniyanın Cein Untinin eksperimental biologiya kafedrasında prof., ABŞ-ın Ohayo ştatının Klivlend Qәrb Rezervlәr Un-tinin Patologiya İn-tunda (1997 ildәn), San Antonio Texas Un-tindә neyrologiya vә anatomiya kafedrasının Elektron Mikroskopiya mәrkәzindә elmi mәslәhәtçi, araşdırıcı alim vә hәmin mәrkәzin direktoru (2001 ildәn) işlәmiş, hazırda ABŞ-ın Corcia ştatının Atlanta Un-tindә ürәk-damar, neyropatoloji xәstәliklәr vә gerontologiya kafedrasında prof.-dur. Tәdqiqatları, әsasәn, ürәk-damar sistemi patologiyalarına vә neyrodegenerativ xәstәliklәrin patogenezinin öyrәnilmәsinә hәsr olunmuşdur. 120-dәn çox elmi әsәrin vә sәmәrәlәşdirici tәkliflәrin müәllifidir.